Şirkət haqqında
Mountain Construction MMC 2024-cü ildən etibarən tikinti, bərpa, infrastruktur və material təminatı üzrə fəaliyyət göstərir.
Mountain Construction MMC tikinti, təmir-bərpa, mühəndis-infrastruktur və tikinti materiallarının təchizatı sahəsində fəaliyyət göstərən peşəkar şirkətdir.
Qısa müddət ərzində düzgün idarəetmə yanaşması, güclü təchizat imkanları və təcrübəli komanda heyəti ilə bazarda etibarlı tərəfdaş kimi mövqelənmiş, ölkə üzrə və Qarabağ bölgəsində layihələrdə iştirak etmişdir.
Təcrübəli mühəndis və icra heyəti layihələrdə operativ koordinasiya və texniki dəqiqlik təmin edir.
Material seçimi, texniki nəzarət, fərdi qoruyucu vasitələr və təhlükəsizlik qaydaları hər mərhələdə tətbiq olunur.
Distribütorluq və material təminatı imkanları layihələrin vaxtında və fasiləsiz icrasına dəstək verir.

Lisenziya və rəsmi fəaliyyət icazəsi
- Qeydiyyat nömrəsi
- EL-775/2024
- Tarix
- 2 oktyabr 2024
- Lisenziya verən orqan
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- Lisenziya sahibi
- Mountain Construction MMC
- Fəaliyyət növü
- Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri
- VÖEN
- 1906098931
Bu lisenziya Mountain Construction MMC-yə dövlət tərəfindən təsdiqlənmiş tikinti-quraşdırma işlərini həyata keçirmək hüququ verir.
Dövlət tərəfindən təsdiq edilmiş işlər
Tam siyahı lisenziyanın rəsmi əlavəsinə əsasən təqdim olunur.
Xüsusi torpaq işləri
- Ankerlərin torpağa bərkidilməsi
- Enmə quyularının və kessonların qurulması
- Qazma-partlayış və qaya torpaqlarının çıxarılması
Konstruksiyaların quraşdırılması
- Beton və dəmir-beton konstruksiyalar
- Metal konstruksiyalar
- Ağac konstruksiyalar
Ümumi tikinti işləri
- Fasad işləri
- Svay işləri
- Mühəndis-kommunikasiya və şəbəkə işləri
Hidrotexniki işlər
- Sualtı-texniki işlər
- Dambalar və torpaq bəndləri
- Limanlar, pirlər və sahilbərkitmə
Yol və nəqliyyat infrastrukturu
- Avtomobil yolları
- Aerodrom uçuş-enmə zolaqları
- Nəqliyyat tunelləri və metropolitenlər
- Dəmiryol xətləri
Körpü və xüsusi qurğular
- Körpülər, estakadalar və yol ötürücüləri
- Radiorabitə, radio və televiziya qurğuları
- Rezervuarlar və qazholderlər
- Elektrik ötürücü xətləri
Sənaye və mülki obyektlər
- Aşırımı 24 metrədək və daha çox
- Hündürlüyü 65 metrədək və daha çox
- Tutumu 5 min nəfərədək və daha çox
Keyfiyyət və təhlükəsizlik prinsipləri
Planlama
İş həcmi, təqvim və resurslar layihənin başlanğıcından sistemli şəkildə planlaşdırılır.
Texniki nəzarət
İcra mərhələlərində material, ölçü, sahə və təhlükəsizlik tələblərinə nəzarət olunur.
Təhlükəsizlik
Sahə komandası fərdi qoruyucu vasitələrdən və təhlükəsiz iş qaydalarından istifadə edir.
Təhvil yanaşması
Tamamlanmış işlər funksionallıq, səliqə və uzunmüddətli istifadə baxımından yoxlanılır.



